Samux sakini özünü bıçaqladı
Samux sakini özünü bıçaqlayıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü Kənan İsmayılov bıçaqla qarın nahiyəsinə zərbə endirib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.
Məlumata görə, K.İsmayılov ailə üzvləri ilə mübahisə etdikdən sonra özünü bıçaqlayıb.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri