BDYPİ: Sarı zolaqlarda bu gündən yalnız minik avtomobilləri hərəkət edə bilər
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
BDYPİ-dən APA-ya verilən məlumata görə, Azərbaycan paytaxtında Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda bu gündən minik avtomobillərinin hərəkətinə icazə verilir.
BDYPİ-dən həmçinin bildirilib ki, Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda yük avtomobillərinin hərəkəti qadağandır və həmin zolaqda hərəkət edən avtomobillər 40 manat cərimə olunacaq.
BDYPİ yük avtomobillərinə Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməməyi tövsiyə edib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri