Xaçmazda traktorla minik avtomobili toqquşdu: 1 ölü, 3 yaralı
Bu gün Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Çarxı kəndi ərazisində keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, “VAZ-2106” markalı minik maşını traktora çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri