Bibiheybətdə maşın dərəyə uçdu: 2 yaralı
Bakıda yol qəzası baş verib. APA TV -nin məlumatına görə, hadisə Bakı-Salyan yolunun Səbail rayonunun Bibiheybət qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
“BMW X5” markalı maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü və maşında olan sərnişin xəsarət alıb.
Səbail DYP-nin baş inspektoru Asim Kərimov bildirib ki, BMW markalı 90 GU 025 dövlət nömrə nişanlı maşın idarəetməni itirərək qayadan yuvarlanıb: "Hadisə yerinə gələn FHN əməkdaşları bir qadın və bir kişini maşından çıxararaq aidiyyəti üzrə təhvil verib. Yaralılar xəstəxanaya yerləşdirilib".
APA TV-nin əldə etdiyi məlumata görə, sürücü Tərlan Yadigar oğlu Rzayevin, eləcə də qadın sərnişinin səhhəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri