Bank Of Baku

Ermənistan ordusunun zabiti qətlə yetirildi

# 17:26
1 iyul 2015

Ermənistanın şimal-şərqində yerləşən hərbi hissələrdən birində zabit qətlə yetirilib.

 

APA TV-nin News.am saytına istinadən xəbərinə görə, iyunun 30-da saat 13:00 radələrində leytenant Mavrik Xaçaturoviç Melikyan başından aldığı güllə yarası ilə hərbi hissə ərazisində tapılıb.

 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR