Bakı-Sumqayıt yolunda ağır qəza: qəzet əməkdaşı dünyasını dəyişdi
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yol qəzası Bakı-Sumqayıt yolunun 6-cı kilometrliyində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.
"VAZ-2106" markalı, 10 RX 385 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın daş yolayrıcına çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Əsədullayev Cavid Əhməd oğlu hadisə yerində dünyasını dəyişib.
Sürücünün meyitini deformasiyaya uğramış avtomobildən çıxarmaq mümkün olmadığından, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Cavid Əsədullayevin meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.
Qeyd edək ki, 29 yaşlı Cavid Əsədullayev "Zaman-Azərbaycan" qəzetinin əməkdaşı imiş. Qəzetin baş redaktoru Anar Qaraxancallı APA TV-yə açıqlamasında bildirib ki, o, "Zaman-Azərbaycan" MMC-nin yayım şöbəsinin poçtalyonu olub. Cavid bu gün ünvanlara çatdıracağı qəzetləri nəşriyyatdan götürüb, evinə gedirmiş.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri