Bakıda qardaş qardaşı bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində, Abbas Səhhət küçəsi 63, mənzil 8 qeydə alınıb.
Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Mahir Zöhrab oğlu Piriyev aralarında yaranan münaqişə zəminində qardaşı, 1979-cu il təvəllüdlü Qafar Zöhrab oğlu Piriyevi bıçaqlayıb.
Qafar Piriyev ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda polis Mahir Piriyevin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri