Şəkidə 6 yaşlı uşağı ilan sancıb
Şəkidə 6 yaşlı uşağı ilan sancıb.
Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Kiçik Dəhnə kənd sakini, 2009-cu il təvəllüdlü Nurlan Sənan oğlu Nəsrullayev ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi zamanı məlum olub ki, 6 yaşlı Nurlan Nəsrullayevi baldır nahiyəsindən ilan sancıb. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakıdakı Respublika Toksikologiya Mərkəzinə göndərilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri