Birinə görə tutuldu, 15-i üzə çıxdı...
Salyanın Seyidlər kənd sakini Arzu Quliyeva həyətindən 1 baş iribuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Aparılan əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonunun Qarazəncir kənd sakinləri Rafiq Qurbanov və Etibar Quliyev şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq zamanı onların müxtəlif vaxtlarda Salyan, Biləsuvar və Cəlilabad rayonlarından hələlik 15 baş iribuynuzlu heyvan oğurladıqları məlum olub. Polis şöbəsinə gətirilən oğrular törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı rayon polis şöbəsində cinayət işi açılıb. Hazırda onların yaxşın bölgələrdən oğurluq edib-etməmələri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib