Qazaxda yaşayış evi külə döndü
Qazaxda yaşayış evi yanıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi rayonun Çaylı kəndində Arif Çarçıyevə məxsus evdə baş verib.
Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğın zamanı evdə heç kəs olmayıb.
Güclü alov zamanı ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 110 kvadratmetr sahəsi ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri