Arda Turan “Barselona”da!
İspaniyanın “Barselona” klubu Madrid “Atletiko”sunun türkiyəli ulduzu Arda Turanı transfer etdiyini rəsmən açıqlayıb.
APA-nın xəbərinə görə, klublar transferin şərtlərini razılaşdırıblar. “Barselona” bu transfer üçün “Atletiko”ya 34 milyon avro ödəyəcək.
Yaxın günlərdə futbolçu tibbi müayinədən keçərək, yeni klubla müqavilə imzalamalıdır. Arda Turanın illik qazancının 7 milyon avro olacağı bildirilir.
2011-ci ildən “Atletiko”da oynayan Arda Turan Madrid klubunda İspaniya çempionu, həmçinin İspaniya Kuboku, İspaniya Superkuboku, Avropa Liqası və UEFA Superkubokunun qalibi olub.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri