Dünyanın ən yaşlı kişisi 112 yaşında öldü
Yaponiyada dünyanın ən yaşlı kişi sakini Sakari Momoi 113 yaşında vəfat edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, o, böyrək catışmazlığından əziyyət çəkirmiş.
Ötən ilin avqustunda Ginnesin Rekordlar Kitabının ekspertləri rəsmi olaraq S.Momoinin dünyanın ən yaşlı kişi sakini olmasını təsdiqləmişdilər.
Sakari Momoi 1903-cü ildə Fukusima prefekturasında anadan olub. Ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə, kənd təsərrüfatı kimyasına həsr edib. Bir neçə məktəbin direktoru olub.
Yaxınlarının sözlərinə görə, son günlərinədək onun zehni açıq olub, mütaliə edib, idman verilişlərini izləyib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri