Moskvada azərbaycanlı taksi sürücüsü öldürüldü
Rusiya paytaxtının cənub-qərbində azərbaycanlı taksi sürücüsü qətlə yetirilib.
APA-nın “Interfax”a istinadən verdiyi məlumata görə, sürücünün meyiti Moskva Dövlət Universiteti yaxınlığında idarə etdiyi taksinin yanında tapılıb.
Onun Azərbaycandan Rusiyaya işləmək üçün getmiş 36 yaşlı Şahlar Quliyev olduğu müəyyənləşdirilib.
İlkin versiyaya əsasən, naməlum şəxs ona bıçaqla ölümcül zərbələr vurub. hazırda polis hadisəni törədən şəxsi axtarır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri