İmişlidə "QAZ-24" yanaraq partladı
Ötən gün axşam saatlarında İmişli rayonunda minik avtomobilində yanğınla müşahidə olunan parlayış baş verib.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, rayon sakini Nurəhməd Ələsgərov idarə etdiyi "QAZ-24" markalı minik maşını ilə rayon ərazisindəki dolama yolda hərəkətdə olarkən avtomobil qəfildən alovlanıb.
Yanğının güclü olduğunu görən sürücü dərhal maşından düşərək uzaqlaşıb. Elə bu an partlayış baş verib. Sürücü hadisə yerindən uzaqlaşdığından, heç bir xəsarət almayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri