Şəkidə üç uşaq anası intihar etdi
Şəkidə üç uşaq anası sirkə turşusu içərək intihar edib.
Yerli hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 8-də rayonun Böyük Dəhnə kənd sakini, üç uşaq anası, 1966-cı il təvəllüdlü Gülnar Mircavad qızı Hacıyeva hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etmək məqsədilə sirkə turşusu içib.
G.Hacıyeva ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, iyulun 9-da xəstəxanada ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri