Lənkəranın “Nənələr” folklor qrupunun üzvlərindən biri vəfat etdi
Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən məşhur “Nənələr” folklor qrupunun üzvü Xanbibi Əzimova bu gün 79 yaşında dünyasını dəyişib.
APA TV-nın cənub bürosunun məlumatına görə, mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, “Nənələr” folklor qrupu 1970-ci ildə yaradılıb. Qrup 1997-ci ilə kimi “Bacılar” adı ilə fəaliyyət göstərib. Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan 6 nəfərlik kollektivin mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında xidmətləri olub.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri