Rusiyada hərbi hissədə faciə: 23 ölü
Rusiyanın Omsk şəhərində Hərbi Desant Qoşunlarının kazarması uçub.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə iyulun 12-də axşam saatlarında baş verib.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Dağıntılar altından 42 nəfər çıxarılıb, onlardan 23-ü ölü olub.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "Səhlənkarlıq" maddəsinin üç b'ndi üzrə cinayət işi başlanıb. Hadisə yerində müstəntiqlər, həmçinin Baş Hərbi Prokurorluğun əməkdaşları işləyirlər.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri