Bank Of Baku

Nabranda reyd: 120 sürücü cəzalandırıldı

# 10:48
13 iyul 2015

Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçirib.

 

Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin APA TV-nin şimal bürosuna verdiyi məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində olub.

 

Reyd zamanı yol hərəkəti qaydalarını pozan 120-dən artıq sürücü barədə protokol tərtib edilərək, tədbirlər görülüb. Həmin sürücülərin 9-u avtomobili sərxoş vəziyyətdə, 5 nəfər sürücülük hüququ olmadan maşın idarə edən, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyənlər olub.

 

Ə.Əsgərbəyli bildirib ki, bu reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR