Jirinovskidən Poroşenkoya əcaib təklif: "Roşen"i mənə ver!
Rusiya müxalifətinin maraqlı simalarından olan Vladimir Jirinovski Ukrayna prezidenti Pyotr Poroşenkoya təklif edib.
APA TV-nin "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, liberal demokratların lideri Poroşenkodan Lipetsk şəhərindəki "Roşen" fabrikini ona verməsini istəyib.
Bu barədə Jirinovski özünün Twitter səhifəsində də yazıb. Bunun qarşılığında isə partiya sədri Ukraynanın Kostopol şəhərindəki İkinci Dünya müharibəsi zamanı faşistlər tərəfindən dağıdılan və onun babasına məxsus olan taxta emalı fabrikini Kiyev hökumətinə bağışlayacağını bildirib. Buna qədər Jirinovski həmin fabrikdən 65 il ərzində əldə olunan gəlirləri dəfələrlə Ukrayna hökumətindən tələb edib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri