Bank Of Baku

İŞİD ötən il törətdiyi qətliamın görüntülərini yaydı

# 17:58
13 iyul 2015

İŞİD terror təşkilatı törətdiyi Spayker qətliamının yeni görüntülərini yayıb.

 

İŞİD terrorçuları ötən ilin iyununda İraqın Tikrit şəhərində törətdiyi Spayker qətliamının yeni görüntülərini yayımlayıb.

 

APA TV-nin xəbərinə görə, yeni görüntülər İŞİD-in Twitter-dəki səhifəsi tərəfindən paylaşılıb. 23 dəqiqəlik bu videoda 1700 kursantın qətliam edilməsinin indiyədək görünməyən görüntülərini var.

 

Qeyd edək ki, Səlahəddin vilayətinin mərkəzi Tikriti ələ keçirən İŞİD terrorçuları 12 iyun 2014-cü ildə yüzlərlə adamın güllələndiyi bir video yayıb. Öldürülən şəxslərin Spayker hərbi bazasındakı hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu açıqlanıb. İraq parlamenti də güllələnərək öldürülən təxminən 1700 nəfərin kursant və hüquq-mühafizə orqanlarının əməkdaşı olduğunu bildirib. İraq hökuməti bu qətliamı törədən İŞİD üzvlərindən 24-ü barədə asılaraq edam olunma hökmünü verib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR