Bank Of Baku

Xəzərdə köməksiz qalmış 3 balıqçı xilas edildi

# 18:06
13 iyul 2015

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Müha­fi­zə­si­nin “Kələdəhnə” sahil nəzarət məntəqəsinə mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmış balıqçı qayığı barədə məlumat daxil olub. 

 

DSX-nin Mətbuat Mərkəzindən APA TV-yə verilən məlumata görə, dənizçi sərhədçilər tərəfindən həyata keçi­rilən xilasetmə tədbirləri nəticəsində Astara rayonunun Şahağacı kənd sakinləri Feyruz Dadaş oğlu Dadaşov, Şəhriyar Əlövsət oğlu Süleymanzadə və Emin Rafiq oğlu Dadaşov xilas edilərək nasaz qayıqla birlikdə sahilə çıxarılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR