Dieqo Maradona: "Messi başını itirib"
Dünya futbolunun yaşayan əfsanəsi Dieqo Maradona həmyerlisi, Argentina yığmasının hazırkı kapitanı Lionel Messini kəskin tənqid edib.
APA TV-nin "Sport.es"ə istinadən verdiyi məlumata görə, Maradona onu özünə vurğunluqda ittiham edib.
"Ona qarşı olan sevgi Messinin başını döndərib. Ona dayəlik edənlər buna son qoymasalar bu yaxşı nəticə verməyəcək. Messiyə ayrılan diqqət onun digər komanda yoldaşlarına da ayrılmalıdır. Hər şey ola bilər. Uğursuzluq da bura daxildir. Amma ən pisi bu deyil, faciə istedadlı futbolçunun başını itirməsidir" - deyə Maradona əlavə edib. O, söylədiklərinin sağlam tənqid olduğunu bildirib və bunun Messiyə yalnız xeyir verəcəyini açıqlayıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri