Bank Of Baku

Prezidentdən AZAL-a tənqid: “Başqa ölkələrə nisbətən aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?”

# 12:24
14 iyul 2015

“AZAL yüksək xidmət göstərir, mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Axı başqa ölkələrə nisbətən  kerosin ucuz qiymətə verilir, niyə aviabiletlər bahadır?”

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

 

Prezident bildirib ki,  AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: “Bütün təyyarələr dövlət büdcəsi hesabına alınır, aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. O halda başqa ölkələrə nisbətən aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?”

 

Prezident Maliyyə və Sənaye və İqtisadiyyat nazirliklərinə bu məsələ ilə məşğul olub, digər ölkələrlə müqayisə aparmağı tapşırıb: “Burada tənzimləmə mexanizmi olmalıdır, hər şey şəffaf olmalı və qiymətlər qaldırılmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR