Türkiyədə dəhşətli qəza: 6 ölü, 40 yaralı
Türkiyənin dağlıq ərazisi sayılan Boluda dəhşətli qəza baş verib. APA TV-nin "Hurriyet"ə istinadən verdiyi məlumata görə, nəticədə 6 nəfər ölüb, 40 nəfər yaralanıb.
Hadisə yağışlı hava şəraitində sərnişin avtobusunun sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib. Avtobus aşıb, bu zaman isə arxadan gələn digər bir avtobus həmin nəqliyyat vasitəsinə çırpılıb.
Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər. Qəza səbəbindən İstanbul yolu bağlanıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri