Göygöl sakinini maşın vurdu
Göygöldə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 14-də Göygöl rayonun girişində, Şərab zavodunun yanında baş verib.
Zavodda gözətçi işləyən Göygöl rayon Topalhəsənli kənd sakini, 1956-cı il təvəllüdlü Eldar Kərimov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri