Bakıda yük maşını işıq dirəyinə çırpıldı
Bakıda yol qəzası qeydə alınıb.
APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində “DAMAS” markalı yük avtomobili yoldan çıxaraq aşıb və yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində avtomobildə sıxılan vəziyyətdə qalmış sürücü xilasedicilər tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri