Şəmkirdə iki maşın toqquşdu: xəsarət alanlar var
Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2106” markalı avtomobillə “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində “VAZ-2106”-da olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlardan birinə ambulator yardım göstərilib, digər şəxs - Ağcabədi rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəm Hüseynovun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri