İmişlidə 18 yaşlı gənc çayda boğuldu
İmişlidə 18 yaşlı gənc çayda boğularaq dünyasını dəyişib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Araz çayının İmişli rayonundan keçən hissəsində baş verib.
Belə ki, ötən gün saat 17:00 radələrində İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Şəhriyar Taleh oğlu Abbasov çayda çimərkən anidən sulara qərq olub. Əraziyə toplaşan rayon sakinləri onu suda tapmağa çalışsa da, cəhdlər heç bir nəticə verməyib.
Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib və axtarışlara başlanıb. Şəhriyar Abbasovun cəsədi saat 22:00 radələrində batdığı yerdən təxminən 20 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri