Bank Of Baku

Türkiyədə müəmmalı qətl: 2 polis öldürüldü

# 15:14
22 iyul 2015

Türkiyənin Şanlıurfa vilayətində 2 polis əməkdaşının meyiti aşkarlanıb.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Şanlıurfa valisi İzzəddin Küçük vilayətin Ceylanpınar qəsəbəsində eyni evdə qalan və Çevik Polis Alayında xidmət edən 2 polis məmurunun meyitinin tapıldığını bildirib. Polis əməkdaşları başlarından güllə ilə vurularaq öldürülüblər.

 

İzzəddin Küçük olayın terror olub-olmadığını hələlik bilmədiklərini söyləyib. Hadisə yerində tədqiqat aparılır.

 

Xatırladaq ki, iyulun 20-də Şanlıurfanın Suruç rayonunda törədilən terror aksiyası zamanı 32 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR