Avropa Liqası: "Qəbələ" - "Çukariçki" - 2:0
Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” avrokuboklarda növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, əyalət klubu Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Serbiya “Çukariçki” ilə qarşılaşıb.
İlk oyunda səfərdə rəqibinə minimal hesablı məğlub olmuş “qırmızı-qaralar” oyuna fəal başlayıb və ilk hissənin sonlarına yaxın hesabı aça bilib. Estoniyalı futbolçu Sergey Zenyov fərqlənib.
İkinci hissəyə də aqressiv başlayan Roman Qriqorçukun yetirmələri 53-cü dəqiqədə Zenyovun dublu ilə fərqi iki topa çatdırıblar.
Beləliklə, "Qəbələ" tarixində ilkə imza ataraq UEFA Avropa Liqasında III mərhələyə yüksəlib. Növbəti mərhələdə “Qəbələ” Kiprin "Apollon" klubu ilə qarşılaşacaq.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri