Bank Of Baku

Rusiya "skinhed"lərinin lideri ömürlük azadlıqdan məhrum edildi

# 14:46
24 iyul 2015

Moskva şəhər məhkəməsi rus ultramillətçilərinin əsas ideoloqlarından və liderlərindən sayılan İlya Qoryaçevə hökm oxuyub.

 

APA TV-nin "TASS"a istinadən verdiyi məlumata görə, o, ömürlük azadlıqdan məhrum edilib.

 

İlya Qoryaçev 2008-ci ildə ekstremist təşkilatların yaradılmasında və qətllərin təşkilində təqsirli bilinib. İlya Qoryaçev hazırda ömürlük cəza çəkən başqa bir millətçi Nikita Tixonovun ifadələri əsasında ittiham olunub.

 

Sübut olunub ki, məşhur vəkil Stanislav Markelovun və jurnalist Anastasiya Baburovanın qətllərinin sifarişçisi məhz Qoryaçev olub. O, cəzasını xüsusi rejimli koloniyada çəkəcək. Hökmü hakim Pavel Melexin çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR