Bank Of Baku

Polisin şübhələndiyi Qusar sakinindən silah çıxdı

# 11:23
25 iyul 2015

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qusar rayon sakini Xıdırnəbi İsmayılovu  saxlayıb.  Əməliyyat məlumatında  onda odlu silah olduğu bildirilib.  Baş  İdarə və Qusar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan şəxs saxlanılıb və fakt öz təsdiqini tapıb.


Saxlanılan şəxsin üzərindən sandıqçasında 4 ədəd patron olan “FEG-37M” markalı tapança və 3 qram heroin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq-əməliyyat  tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR