Bölgələrdə şimşək çaxacaq, yağış yağacaq
Bakı və Abşeron yarımadasında iyulun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri