Tovuzda bir gündə 2 nəfəri ilan sancdı
Tovuzda bir gündə 2 nəfəri ilan sancıb.
APA-TV-nin qərb bürosunun xəbərinə görə, bir nəfər ayağından yüngül xəsarət aldığından, vəziyyəti yüngül olub.
Digər şəxs, 39 yaşlı İbad Hüseynovun vəziyyəti isə daha ağır olduğu üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Zərərçəkənin qohumlarının sözlərinə görə, İbad Azafalı kəndi ərazisində mal-qara otararkən ilan onun əlindən dişləyib. Kənd sakini dərhal ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan, paytaxtdan Tovuza həkim briqadası çağırılıb. Həkimlərin səyi ilə 2 uşaq atasını həyata qaytarmaq mümkün olub.
Qeyd edək ki, yay fəsli girəndən Tovuzda 15-ə qədər sakini ilan sancıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri