Qəddafinin oğluna ölüm cəzası verildi
Liviya Ali Məhkəməsi ölkənin keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam barəsində ən ağır cəzanı çıxarıb.
APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, o, ölüm cəzasına məhkum edilib. Bu qərar Qəddafinin oğlu ilə bərabər daha 7 nəfərə şamil ediləcək.
Onların arasında Liviya Cəmahiriyyəsinin keçmiş baş naziri əl-Bağdadi əl-Mahmudi və ölkənin kəşfiyyat idarəsinin eks-rəhbəri Abdalla as-Siunsi də var.
Hökm oxunan zaman Müəmmər Qəddafinin oğlu zalda olmayıb. Ona bu qərarı saxlanıldığı Zintane şəhərindəki həbsxanada bildiriblər.
Xatırladaq ki, Seyf əl-İslam işlətdiyi ehtimal edilən cinayətlərə görə Beynəlxalq Cəza Məhkəməsi tərəfindən də axtarılırdı.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri