Futbolçunun onurğası 5 yerdən sındı
Futbol üzrə Afrika Konfederasiya kubokunda "Leopards” və "Zamalek” komandaları arasında oynanılan qarşılaşmada futbolçu ağır zədə alıb.
APA TV-nin məlumatına görə, Konqonu təmsil edən "Leopards” klubunun futbolçusu Rodi N-Daye topa qapıçı ilə birgə qaçıb və nəticədə cərimə meydançası daxilində rəqibi ilə mübarizə zamanı yerə yıxılıb.
Həkimlər 25 yaşlı futbolçuya dərhal kömək göstərərək, onu ölümdən xilas ediblər. Müayinədən sonra futbolçunun onurğasının 5 yerdən sındığı aşkarlanıb. Həkimlərin son rəyinə görə, futbolçu iflic ola bilər.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri