Sabirabadda ər arvadını, sonra özünü güllələdi
Sabirabad sakini sərxoş vəziyyətdə arvadını və özünü güllələyib.
Sabirabad rayon prokurorluğundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə iyulun 28-də gecə saat 23.00 radələrində Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Azad Canı oğlu Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində “İj” markalı ov tüfəngindən açdığı atəşlə həyat yoldaşı, 1983-cü il təvəllüdlü Alışova Sədaqət Valeh qızını ağır yaralayıb.
Sonra o, tüfəngdən atəş açaraq özünü ağır yaralayıb. Yaralılar əvvəlcə Sabirabad rayon mərkəzi xəstəxanasına, sonra isə vəziyyətləri ağır olduğundan 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) çatdırılıblar.
Hadisə yerindən 1 ədəd “İj” markalı ov tüfəngi maddi sübut kimi götürülüb. Hadisənin hansı səbəbdən baş verməsi istintaq tərəfindən araşdırılır.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri