Çempionlar Liqası: "Seltik" - "Qarabağ" - 1:0
Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu Şotlandiyada “Seltik”in qonağı olub.
Hər iki komandanın qarşılıqlı hücumları ilə başlayan matçın ilk hissəsində qol olmayıb. İkinci hissədə təzyiqi bir az da artıran "Qarabağ" səfər komandası olmağına baxmayaraq inamlı təsir bağışlayıb. Ancaq ələ düşən vəziyyətlərdən istifadə edə bilməyən ağdamlılar sona yaxın cəzalandırılıblar.
Qarşılaşmanın 82-ci dəqiqəsində Boyata ev sahiblərini önə keçirib. Sonrakı dəqiqələrdə bütün cəhdlərə baxmayaraq, başqa qol olmayıb.
Minimal hesabla məğlub olan Qurban Qurbanovun yetirmələri cavab qarşılaşması üçün şanslarını saxlayırlar.
Qeyd edək ki, “Qarabağ” və “Seltik” arasında cavab oyunu avqustun 5-də keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri