Binəqədidə avtobus qəzası: yaralı sürücü qaçdı
APA TV-nin məlumatına görə, qəza Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsində qeydə alınıb.
Hələlik kimliyi məlum olmayan "117" saylı marşrut avtobusunun sürücüsü qəfil idarəetməni itirib və "İsuzu" markalı nəqliyyat vasitəsini yol kənarındakı ağaclığa çırpıb. Qəza nəticəsində sürücü avtobusun alın şüşəsindən bayıra düşüb. Yaralanan sürücüyə ətrafdakılar yardım göstəriblər. Daha sonra o, yenidən avtobusun sükanı arxasına keçərək yaralı vəziyyətdə naməlum istiqamətə gedib.
Qeyd edək ki, xoşbəxtlikdən qəza zamanı avtobusda sərnişin olmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri