Bank Of Baku

Azərbaycanda avqust ayı üçün hava proqnozu açıqlandı

# 13:59
31 iyul 2015

Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 25-27 dərəcə isti olacağı bildirilir. Bu göstərici normadan yuxarıdır.

 

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir.

 

Yuxarı Qarabağ, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 17-22 dərəcə isti olacaq.

  

Qazax, Gəncə, Goranboy, Tər-Tər, AğdamFüzuliCəbrayıl rayonlarında orta aylıq temperatur 24-26 dərəcə proqnozlaşdırılır ki,  bu da iqlim normasından yüksəkdir.

  

Məmləkətin şimal, şimal-qərb və dağlıq Şirvan ərazilərində orta aylıq temperatur 22-25 dərəcə isti təşkil edəcək.

 

Mərkəzi-Aran və Mil-Muğan bölgələrində orta aylıq temperaturun 25-28 dərəcə isti olacaq.


Ölkənin cənub zonasında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı bildirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR