Xaçmazda baş verən ağır qəzada 7 nəfər yaralanıb
Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, qəza Xudat-Nabran yolunun 7-ci kilometrliyində qeydə alınıb. Xaçmaz istiqamətdə hərəkətdə olan “VAZ-2106” maşınının sürücüsü ötmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn Bakı şəhər sakini, Adil Qəhrəmanovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. Daha sonra maşın qarşıdan gələn 1994-cü il təvəllüdlü Xaçmaz rayon sakini Zamir Səfərovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillə toqquşaraq aşıb.
Qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi Xudat Mərkəzi Şəhər Xəstəxanasına gətirilib. 1969-cu il təvəllüdlü, Bakı şəhər sakini Firuzə Baxşıyeva və Xaçmaz rayon sakini, 1956-cı il təvəllüdlü Aktifa Həsrətova ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Digər 5 nəfər isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar, Quba rayon sakinləri 1992-ci il təvəllüdlü Emin Yunusov, 1993-cü il təvəllüdlü Namiq Manafov, 1992-ci il təvəllüdlü Ənvər Balayev, 1992-ci il təvəllüdlü İlkin Abdullayev və 1994-cü il təvəllüdü, Xaçmaz rayon sakini Zamir Səfərovdur. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri