Bank Of Baku

SOS: Havanın hərarəti 43 dərəcəyə çatacaq!

# 14:00
3 avqust 2015

Avqustun 4-də Bakı və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, gündüz cənub-şərq küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 24-27  dərəcə, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək,  lakin axşam və gecə bəzi  dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq  küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.         


Havanın temperaturu Aran rayonlarında gecə 22-27, gündüz  35-40, bəzi yerlərdə 43 dərəcə, dağlıq rayonlarda gecə  17-22,  gündüz 29-34 dərəcə isti olacaq.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR