Silopidə PKK terroru: 1 şəhid, 1 yaralı
PKK terrorçuları Türkiyənin Şırnak bölgəsinin Silopi şəhərində yerləşən 172-ci tank briqadasının komandanlığının postunu atəşə tutublar. APA TV-nin “Milliyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, hücum zamanı iki hərbçi yaralanıb. Yaralılar xəstəxanaya helikopter vasitəsilə çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, PKK terrorçuları hücum zamanı minaatanlardan istifadə ediblər. Hücumdan sonra Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı ərazidə geniş miqyaslı əməliyyata başlayıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri