“İnter” klubu Avropa Liqasında mübarizəni dayandırdı
Avropa Liqasının III təsnifat mərhələsində mübarizə aparan Bakının “İnter” növbəti matçına çıxıb. APA TV-nin məlumatına görə, paytaxt təmsilçisi İspaniyanın “Atletik” klubu ilə cavab matçında gücünü sınayıb.
Bilbaodakı ilk qarşılaşmada 0:2 hesabı ilə uduzan bakılılar La Liqanın daimi iştirakçısı ilə ev oyununda möcüzəni reallaşdırmalı idi. Mərhələ keçmək şansları yüksək olmayan “bankirlər” kifayət qədər tanınmış rəqibini ölkəmizdən məğlub yola salmağa çalışacaqdı.
Lakin "İnter"in gücü sadəcə qolsuz bərabərliyə çatıb. Bununla da "İnter" klubu Avropa Liqasında mübarizəni dayandırıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri