Xəzərdə batan həkimin meyiti tapıldı
Azərbaycan paytaxtında iki gün əvvəl dənizdə batan həkimin meyiti tapılıb. APA-nın məlumatına görə, avqustun 5-də Bakının Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisindəki çimərlikdə batan, 26 yaşlı Anar Ramiz oğlu Mehdiyevin meyiti avqustun 7-də saat 02.00 radələrində Pirşağı çimərliyində aşkar edilib. Meyit ailəsinə təhvil verilib.
Qeyd edək ki, APA Anar Mehdiyevin dənizdə batması ilə bağlı avqustun 6-da məlumat yayıb. A. Mehdiyevin həkim olduğu bildirilir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri