Qızmar istilər qayıdır: 38 dərəcə!
Bakı və Abşeron yarımadasında avqustun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-26, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri