Bakı sakini "Mercedes"i aşırdı, 4 yaralı var
Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. 29 yaşlı Davudov Ramil Ramiz oğlu idarə etdiyi “99 GL 654” dövlət nömrə nişanlı "Mercedes Benz" markalı maşınla "AB" yaşayış massivinə doğru hərəkətdə olub. Bu zaman o, qəfil idarəetməni itirib və maşını aşırıb. Hadisə zamanı sürücü ilə bərabər maşında olan 21 yaşlı Quliyeva Validə Azər qızı, 31 yaşlı Hüseynov Emil Kazım oğlu və 27 yaşlı Davudov Anar Kazım oğlu xəsarət alıblar. Yaralılar əraziyə çağırılan təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki tibbi mərkəzə çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılara vaxtında müdaxilə olunub və vəziyyətləri normaldır. Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri