İzmirdə ard-arda iki partlayış!
Türkiyənin İzmir şəhərində polis idarəsini yaxınlığında iki bomba partladılıb. APA TV-nin məlumatına görə, şübhəli paketə qoyulan səs bombaları 15 dəqiqəlik ara ilə partladılıb. Polis idarəsinin yaxınlığına qoyulan şübhəli paketlə bağlı vətəndaşlar polisə məlumat veriblər. Dərhal hadisə yerinə bombanı zərərsizləşdirəcək xüsusi qrup gəlib. Polis tərəfindən vətəndaşların ərazidən uzaqlaşdırıldığı bir vaxt hər iki bomba partladılıb. Partlayış nəticəsində xəsarət alan olmasa da, polis növbəti bombalı hücumun ola biləcəyi ehtimalı ilə ərazidə təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə çatdırıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri