Göyçayda ev yandı: ev sahibəsi ağır xəsarət aldı
Göyçay rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib, bir nəfər yanıq xəsarəti alıb. APA TV-nin yerli bürsounun xəbərinə görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb. Kənd sakini 1975-ci il təvəllüdlü Məmmədov Şamo Fərman oğluna məxsus ümumi sahəsi 48 kvadratmetr olan 2 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Məlumata görə, mənzilin mətbəxində həcmi 5 litr olan məişət qaz balonunun alışması evdə yanğına səbəb olub. Hadisə zamanı ev içərisindəki məişət əşyaları ilə birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zaman ev sahibin həyat yoldaşı, 1981-ci il təvəllüdlü Əliyeva Elnarə Xudayar qızı yanıq xəsarətləri alaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri