İki "VAZ" toqquşdu: 1 ölü
Şəmkirdə ölümlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin tədqiqatçısı Azər Hüseynovun APA TV-yə verdiyi məlumata görə, hadisə Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan, Şəmkir rayon Kür qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elşən Əliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Səbuhi Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ 2107” yolun kənarına aşıb və onun sürücüsü Elşən Əliyev hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, qəsəbə sakini Gündüz Hüseynov isə bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin orta ağır olduğu bildirilir. Hadisəyə səbəb kimi sürət həddinin yüksək olması göstərilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib